"Keşlə"nin legioneri qərarını dəyişdi: mövsüm başa çatana kimi Bakını tərk etməyəcək
- 05 Apr 2020 17:00
- 716
Koronavirus "Keşlə"nin argentinalı müdafiəçisi Franko Floresin planlarını dəyişib.
Rekord.az xəbər verir ki, Flores aprel-may ayında vətəninə getmək, ailəsinə baş çəkmək istəyirdi.
Lakin vəziyyətin həm Azərbaycanda, həm də Argentina da kəskinləşməsi futbolçunun fikirlərini dəyişib. Flores saytımıza açıqlamasında Argentinaya yalnız mövsüm başa çatandan sonra gedəcəyini bildirdi.