"Keşlə"nin maliyyəsi dayandırıldı
- 13 Mar 2020 13:00
- 1293
«Keşlə»də maliyyə problemi ciddi xarakter alıb. Artıq 3 aya yaxındır ki, paytaxt təmsilçisi futbolçularına və işçilərinə əməkhaqqı vermir.
Rekord.az xəbər verir ki, problem klub rəhbərliyindən qaynaqlanmır.
Neft şirkəti hələlik məlum olmyan səbəblərdən «Keşlə»nin ödəmələrini dayandırıb. Komanda üzvləri bir neçə dəfə rəsmilərə müraciət edib, lakin narahatlığı aradan qaldıracaq cavab almayıb.
Maraqlıdır ki, maaşlar verilməsə də, mükafatların ödənilməsində bir sıxıntı yoxdur. Çünki bu məsələni klubun Müşahidə Şurasının sədri Zaur Axundov şəxsi hesabına həll edir. (sportinfo.az)