“Keşlə”nin rəqibləri bəlli oldu
- 03 Yan 2020 18:30
- 921
Məlum olduğu kimi, “Keşlə” yanvarın 12-dən 24-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi toplanış çərçivəsində 3 yoxlama matçı keçirəcək.
Tərlan Əhmədovun çalışdırdığı kollektiv yanvarın 17-də Almaniyanın “Zviçkau” klubu ilə üz-üzə gələcək. Bakılıların növbəti rəqibi Tula “Arsenal”ı olacaq. Rusiya təmsilçisi ilə qarşılaşma yanvarın 22-də baş tutacaq. “Keşlə”nin sonuncu rəqibi isə ayın 24-də qarşılaşacağı Slovakiya “Zemplin”i olacaq.
Oyunların başlama saatları barədə əlavə məlumat veriləcək.