Kevin de Brüyne futbolda kumirini açıqlayıb
- 28 Fev 2020 14:52
- 562
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Brüyne futbolda kumirini açıqlayıb.
Rekord.az xəbər verir ki, belçikalı oyunçu Brinatiya mətbuatına müsahibəsində İngiltərə millisinin sabiq üzvü Maykl Ouenin pərəstişkarı olduğunu bildirib:
“O, mənim ən sevimli futbolçum olub. Demək olar ki, bütün titulları qazanıb. Hətta “Qızıl top”un da sahibidir. Ouen həmişə nömrə birim olub. Mən də “Mançester Siti” ilə bütün titulları qazanmaq istəyirəm”.
İngiltərə millisində 89 oyuna 40 qol vuran Ouen “Liverpul”, “Real”, “Mançester Yunayted” kimi klublarda da çıxış edib.