
Keyn İngiltərə millisindəki rekordunu yenilədi
- 22 Mar 2025 14:00
- 100
İngiltərə millisinin hücumçusu Harri Keyn yığmadakı rekordunu yeniləyib.
Rekord.az xəbər verir ki, 31 yaşlı forvard 2026-cı il dünya çempionatının seçmə mərəhləsində Albaniyaya qol vurmaqla bunu bacarıb.
K qrupunun matçında fərqlənən futbolçu ümumilikdə yığmanın heyətində 70-ci qolunu vurub.
Keyn hazırda İngiltərənin heyətində ən çox qol vuran futbolçudur. Onu 53 qolla Ueyn Runi təqib edir.