Kintana jurnalistlərdən narazılıq etdi: "Həmişə neqativ suallar verirsiniz" MÜSAHİBƏ
- 07 Dek 2019 01:48
- 921
"Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının 14-cü turunda "Keşlə"yə qarşı keçirilən görüşdən sonra jurnalistlərə müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Matçla bağlı fikirlərin necədir?
- Çətin oyun alındı. “Keşlə” yaxşı oyun göstərdi. Əgər onlar ikinci pillədədilərsə, bəlli səbəbi var. Öz güclərinə görə bu pillədə olmağa layiqdilər. Biz birinci gün oynamışdıq deyə yorğunluq var idi. Rəqibimiz də kubok oyununa çıxmışdı. Sadəcə fərqli heyətlə çıxmışdılar həmin oyuna. Yorğunluq hiss olunurdu. Xal itirsək də, pozitiv düşünmək, irəli baxmaq lazımdır.
- “Keşlə” ilə qarşıda hələ iki oyununuz da var. Sizcə, bu komanda sizə çətinlik yarada bilər?
- Fikrimi bilmək istəyirsizsə, qısa müddətdə eyni komandaya qarşı bir neçə dəfə oynamaq xoşuma gəlmir. Bir şey var ki, ardıcıl oyunlar bir-birimizi tanımağa şərait yaradacaq.
- Kənardan görünən odur ki, fiziki yorğunçuluqdan savayı komanda psixoloji sıxıntını üzərindən ata bilməyib. Belədir?
- Həddən artıq çox oyun keçirmişik. Psixoloji cəhətdən komandanı pis görmürəm. Yorğunluq aydın məsələdir ki, var. Fərqli-fərqli yarışlarda oynayırıq. Azərbaycanın yeganə komandasıyıq ki, digər komandaların bir ildə keçirəcəyi oyunları artıq yarımilə keçirmişik. İyulun əvvəlindən başlamışıq, hardasa 28 oyun oynamışıq və bu da az deyil, çoxdur. Keçən il bu vaxtı lider bizdən üç xal irəlidə idi. Amma indi biz liderik və altı xal onları qabaqlayırıq. Pozitiv şeyləri də görmək lazımdır.
- “Qarabağ” “Düdelanj”ı yenə məğlub edə biləcək?
- Qalib gələ bilərik. Üstəlik evdə oynayacağıq. Azarkeşlərimiz də qələbəyə layiqdilər. Hər oyunda bizi dəstəkləyirlər. Heç olmasa bir ev oyununda onlara sevinc bəxş etmək istəyirik.
- “Qarabağ” son 6-7 oyunda cəmi bir qələbə qazansa da, turnir cədvəlinin daha aşağı pillələrində olan komandalar sizə çata bilmir. Səncə, “Qarabağ”la çempionluq mübarizəsi apara biləcək komanda var?
- Bizdən aşağı pillədə olan komandalarla xal fərqimizin çox olması, mövsümə yaxşı başlamağımızla əlaqədardır. Birinci 7 oyunda çempionatda bütün oyunları qalib gəldik. “Neftçi” çempionatın sonuna qədər bizimlə çempionluq mübarizəsi aparacaq. “Keşlə”ni bu gün gördüm və yaxşı mənada məni təəccübləndirdi.
- İlk yarıda hakimdən penalti tələb edirdin. Həmin epizodu necə şərh edərdin?
- Epizodun təkrarına baxmamışam. Baxmaq lazımdır. Amma məncə, rəqib mənə toxunuşdu və penalti var idi.