APOEL «Qarabağ»ın yarımmüdafiəçisi Kadi Borgesə yaxından maraq göstərir.

Rekord.az xəbər verir ki, son illərdə avrokuboklarda bir neçə dəfə Ağdam klubuna rəqib olmuş Kipr təmsilçisinin rəsmiləri braziliyalı legionerin menecerləri ilə əlaqə yaradıb.

Onlar 25 yaşlı «sambaçı»nın «köhlən atlar»la müqavilə şərtləri barədə məlumat toplayıb.

Cənubi amerikalının «Qarabağ»dakı qazancını öyrənən APOEL nümayəndələri ona illik 200 min avro ödəyə biləcəklərini deyib. Lakin əldə etdiyimiz məlumata görə, Ağdam klubu kiprlilərin təklifindən imtina edib və bildirib ki, Kadini satmaq fikri yoxdur. 

Qeyd edək ki, bu mövsümdən Azərbaycanda çıxış edən braziliyalı orta sahə oyunçusunun sözləşməsi 3 illikdir.