Ukraynanın “Dinamo” klubu müdafiəçisi Danilo Sidkleylə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu Braziliyanın “Korintians”a icarəyə verilib.

Bu barədə Kiyev təmsilçisinin rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu 2020-ci ilin 31 dekabrına kimi ölkəsində oynayacaq.

Sidkley “Dinamo”ya 2018-ci ildə transfer olunmuşdu. O, bu komandanın heyətində indiyə qədər bütün turnirlər daxil olmaqla 23 oyuna çıxıb.