
Kloze Mahirdən narazıdır
- 05 Mar 2025 15:00
- 63
Almaniya mətbuatında Azərbaycan millisinin "Nürnberq"də çıxış edən üzvü Mahir Emreli haqqında yeni xəbərlər yazılıb.
Rekord.az "Bild"ə istinadən xəbər verir ki, Almaniya təmsilçisinin baş məşqçisi Miroslav Kloze Mahirdən narazıdır.
Bildirilir ki, bazar ertəsi komandanın hazırlığı zamanı 27 yaşlı hücumçunun topsuz məşqləri mütəxəssissi qane etməyib.
Kloze Mahir haqda bunları deyib: "Mahir öz istədiyi zaman topla işləməyi bacarır. Top Emreli istəyəndə onun yanındadır. Lakin sadəcə topun sizə gəlməsini gözləsəniz, çox gözləməli olacaqsınız".
Ötən ilin yayında "Nürnberq"ə keçmiş Mahir Emreli bu müddət ərzində 16 matça çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini verib. O, son vaxtlar komandanın əsas heyətinə düşməkdə çətinlik çəkir.