“Mənim Mahir Emreliyə ehtiyacım var. Bunu dəfələrlə ona söyləmişəm”.


Rekord.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu haqqında danışarkən deyib.


46 yaşlı mütəxəssis 2-ci Bundesliqanın 21-ci turunda "Maqdeburq"a səfərdə qalib gəldikləri (4:3) görüşdə forvarda şans verməməsinə aydınlıq gətirib:


"Şənbə günü Mahir üçün asan olmadı. Bu səbəbdən onunla yenidən danışdım. Onunla daim əlaqə saxlayıram. Amma bu oyunçuya ehtiyacım var və mən bunu dəfələrlə ona söyləmişəm. Mahir bəzən qərarların onun əleyhinə deyil, başqası üçün verildiyini başa düşməlidir. 50 beynəlxalq oyun keçirib. Ona görə bunun onu narahat etməməsi yanlış reaksiya olardı".