Klub rəhbərliyi şərt qoydu, o da millini seçdi
- 2024-09-19 15:00
- 204
I Liqada mübarizə aparan "Difai" klubunda baş məşqçi istefası baş verib.
Rekord.az xəbər verir ki, Elgiz Kərəmli postundan ayrılıb.
Saytımıza daxil olan məlumata görə, Kərəmli "Difai" ilə paralel olaraq həm də U-16 millisində çalışırdı. Bu halda isə istər-istəməz kluba tam diqqət ayıra bilmirdi. Klub rəhbərliyi də bu durumdan narazı olduğu üçün baş məşqçinin qarşısında şərt qoyub: ya klub, ya da milli komanda. Kərəmli isə milli komandanı seçib.