Minifutbol üzrə Azərbaycan çempionatının qalibi “Birbaşa Bakı” və gümüş mükafatçısı “Zirə”nin iştirak edəcəyi Çempionlar Liqasının hansı ölkədə keçiriləcəyi bəlli olub.


Rekord.az xəbər verir ki, matçlar sentyabrın 17-dən 21-dək Sofiyada (Bolqarıstan) baş tutacaq.


ÇL-dən bir həftə sonra isə orada ölkəmizi Avropa kubokunda “Aznur” təmsil edəcək.


Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı”dır.