Azərbaycan klubları aprelin 25-dən etibarən məşqlərini bərpa edə bilərlər.

Rekord.az-ın əldə etdiyi məlumata görə, ölkədə tətbiq olunan karantin müddəti aprelin 23-də başa çatır.

Həmin tarixdə nazirlər kabineti yanında yaradılan operativ qərargah ölkədəki durumu dəyərləndirib qərar veriləcək. Əgər vəziyyət yaxşı olsa ölkə səviyyəsində qadağalar ləğv edilsə, futbolun və klubların da qarşısında yaşıl işıq yanacaq. PFL də bununla bağlı klubları məlumatlandırıb.