Klubsuz qalan qapıçının "Sumqayıt"a keçidi niyə alınmayıb?
- 14 Sen 2024 15:00
- 357
Son klubu "Qəbələ" olan təcrübəli qapıçı Rəşad Əzizli hələ də klubsuzdur.
Rekord.az-a daxil olan məlumata görə, mövsüm öncəsi "Sumqayıt" onun xidmətində maraqlı olub.
Baş məşqçi Samir Abasov təcrübəli qapıçı kimi onu da sərəncamında görmək istəyib. Lakin qapıçının istədiyi məbləğ sumqayıtlılar üçün uyğun olmayıb. Belə ki, Rəşad Sumqayıt təmsilçisindən aylıq 10 min manat maaş istəyib. "Sumqayıt" isə maksimum 7 min manat verə biləcəklərini bildirib. Bu rəqəm isə Əzizlinin ürəyincə olmayınca, keçid baş tutmayıb.