
Kökçü macarlara qarşı oynamayacaq
- 21 Mar 2025 18:00
- 44
Türkiyə millisinin üzvü Orkun Kökçü UEFA Millətlər Liqasının pley-off mərhələsində Macarıstanla cavab oyununu buraxacaq.
Rekord.az xəbər verir ki, o, sarı vərəqə limitini aşıb.
24 yaşlı yarımmüdafiəçi ötən gün Macarıstanla ilk matçın 41-ci dəqiqəsində sarı vərəqə alıb.
Sözügedən qarşılaşma Türkiyənin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasına cavab oyunu martın 23-də keçiriləcək.