Kolumbiya millisi məğlubiyyətsizlik seriyasını 26 oyuna çatdırdı
- 2024-07-03 13:30
- 82
Kolumbiya millisi məğlubiyyətsizlik seriyasını 26 oyuna çatdırıb.
Rekord.az xəbər verir ki, komanda buna ABŞ-də təşkil olunan Amerika Kubokunun qrup mərhələsinin 3-cü turunda Braziliya millisi ilə heç-heçə (1:1) etməklə nail olub.
Kolumbiya yığması sonuncu dəfə 2022-ci il fevralın 2-də Argentinaya 0:1 hesabı ilə uduzub.