İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi kolumbiyalı mərkəz müdafiəçisi Ceyson Murilyonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu İtaliyanın “Sampdoriya” klubundan mövsümün sonunadək icarəyə götürülüb. Amma İspaniya təmsilçisi mövsüm bitəndən sonra bu oyunçunun transfer hüquqlarını da almalıdı.

Bu mövsüm “Sampdoriya”da 12 oyuna çıxan Murilyo, karyerası ərzində “Barselona”, “Valensiya”, “İnter”, “Las Palmas” və “Qranada”nın da formasını geyinib.