AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:


U-16 Liqasının “Arpaçay” (Şərur) - “Araz Naxçıvan” PFK oyununda “Arpaçay”ın futbolçusu Əli İsmayılov qarşılaşmanın 85-ci dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.


U-12 Liqasının “Kəpəz” PFK – “Çinar” oyununda “Çinar”ın məşqçisi Teymur Nəbiyev qarşılaşmanın 55-ci dəqiqəsində hakimə şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. “Çinar”ın digər məşqçisi Elçin Quziryani də hakimə şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.