“Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev “Championat” nəşrinə müsahibə verib.

Rekord.az xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvadakı gənclik illərini xatırlayıb:

“Komandadakı uşaqlar siqaret çəkirdilər, içə bilirdilər. Mən isə atamdan çox qorxurdum. Başa düşürdüm ki, atam məni Moskvaya göndərib, Dağıstanda işləyir ki, burada inkişaf edim, yetişim.

Xalam və dayım da çox köməklik ediblər. İki il onlarla yaşadım, səbirli olduqları üçün təşəkkür edirəm. Sonra valideynlərim Mahaçqaladakı evi satdılar və yaxınlıqda olmaq üçün Moskvada mənzil aldılar”.