Çimərlik voleybolçularımızın təlim-məşq toplanışı start götürüb. "Rekord.az" xəbər verir ki, voleyboçularımız bu gün Türkiyənin Antalya şəhərinə yola düşüblər.

Burada voleybolçularımız rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün hazırlıq keçəcəklər. Komandamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq.

Voleybolçularımız Antalyada hazırlıq çərçivəsində Türkiyə və Rusiya komandaları ilə bir neçə yoldaşlıq görüşü də keçirəcək.

Qeyd edək ki, təlim-məşqlərə 6 qız, 7 oğlan voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə yerli mütəxəssislərimiz Nihad Tarverdiyev (qızlar) və Cəlil Baxtiozin (oğlanlar) kömək edəcəklər.