Tailand Liqa kubokunda ilk mərhələnin oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə "Udon Yunayted"lə qarşılaşıb.

4:2 hesablı qələbəyə sevinən Ramilin komandası növbəti mərhələyə yüksəlib. Şeydayev bu oyunun iştirakçısı olmayıb.