Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün bu mərhələnin cavab görüşləri keçirilib.

“Fiorentina” “Çelye”ni, “Betis” “Yagelloniya”nı, “Çelsi” isə “Legiya”nı mübarizədən kənarlaşdırmaqla yarımfinala yüksəlib. “Yurqorden” də “Rapid” səddini əlavə vaxtda vurduğu qollar sayəsində keçib.

Konfrans Liqası
1/4 finalın cavab oyunları

17 aprel

“Fiorentina” (İtaliya) - “Çelye” (Sloveniya) 2:2
Qollar: Mandraqora, 37. M.Kin, 67 – Matko, 54. Nemaniç, 65.
İlk oyun - 2:1.

“Yagelloniya” (Polşa) - “Betis” (İspaniya) 1:1
Qollar: Çurlinov, 81 – Bakambu, 78.
İlk oyun - 0:2.

“Çelsi” (İngiltərə) - “Legiya” (Polşa) 1:2
Qollar: Kukurelya, 33 – Pexart, 10-pen. Kapuadi, 53.
İlk oyun - 3:0.

“Rapid” (Avstriya) - “Yurqorden” (İsveç) 1:4
Qollar: Une-Larsson, 45+1-öz qapısına – Danielson, 42-pen. Kosuqi, 77. Qulliksen, 93; 105.
İlk oyun – 1:0.