UEFA Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək.


Rekord.az xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılşamaları bu gün keçiriləcək.


“Fiorentina” doğma meydanda “Sele”, “Çelsi” isə “Legiya” ilə üz-üzə gələcək.


“Betis” Polşada “Yagelloniya”nın, “Yurqorden” isə “Rapid”in qonağı olacaq.


Konfrans Liqası

1/4 finalın cavab oyunları

17 aprel


23:00. “Fiorentina” (İtaliya) - “Çelye” (Sloveniya)

İlk oyun - 2:1.


23:00. “Yagelloniya” (Polşa) - “Betis” (İspaniya)

İlk oyun - 0:2.


23:00. “Çelsi” (İngiltərə) - “Legiya” (Polşa)

İlk oyun - 3:0.


23:00. “Rapid” (Avstriya) - “Yurqorden” (İsveç)

İlk oyun - 1:0.