Konte təhdid olundu
- 16 Noy 2019 14:45
- 971
İtaliyanın "İnter" klubunun baş məşqçisi Antonio Konte içərisində güllə olan anonim məktub alıb.
Rekord.az "Corriere della sera"ya istinadən xəbər verir ki, polis məsələ ilə bağlı istintaqa başlayıb və 50 yaşlı mütəxəssisin qorunacağına söz verib. İtaliyalı məşqçinin evininin qarşısında və klubun bazasının yaxınlığında mühafizəçi olacaq.
Qeyd edək ki, Antonio Konte mövsümün əvvəlində "İnter"in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 12 turdan sonra 31 xal toplayıb və lider "Yuventus"dan bir xal geri qalır.