İspaniyanın “Kordoba” klubunun baş məşqçisi Raul Aqne qanalı hücumçu Ovusu Kvabenanın bu komandan tərk edərək “Qarabağ”a keçidini şərh edib.

Rekord.az “Diario De Cordoba” nəşrinə istinadən xəbər verir ki, o, futbolçudan narazılığını ifadə edib.

 “Ovusu artıq komandamızı tərk edib. O, bizim klubda olmaq istəmədi. Mənə də elə bir futbolçu lazım deyil. Hətta dedi ki, “bir komanda var, daha yüksək pul verir və bu, mənə hər şeydən vacibdir. Bu şansı qaçırmaq istəmirəm”. Ona Azərbaycanda uğurlar arzulayıram. Amma “Qarabağ” Ovusunun timsalında onu nə gözlədiyini bilmir”.

Xatıradaq ki, Ağdam klubu bu həftə Kvabena ilə 3,5 illik müqavilə bağlayıb.