Koronavirus da Lipperti Azərbaycandan çıxarda bilmədi
- 08 Apr 2020 15:00
- 933
Koronavirus səbəbindən müxtəlif yaş qrupu üzrə yığmalarda çalışan əcnəbi məşqçilərin hamısı vətənindədi.
Rekord.az xəbər verir ki, "Futbol plus" qəzetinin AFFA-ya yaxın mənbədən əldə etdiyi məlumata görə, U-21-in baş məşqçisi Milan Obradoviç və köməkçiləri, eləcə də U-19-un çalışdırıcısı Miloş Velebit yardımçıları ilə birgə hələ Novruz bayramı tətilində öz ölkələrinə yollanıblar.
Assosiasiyanın Texniki Departamentinin rəhbəri Bernard Lippert isə görünür, ömrünün sonuna kimi Bakıda qalmağı düşünür. Alman mütəxəssis belə ağır günlərdə də Almaniyaya yollanmayıb, Azərbaycanda qalmağa üstünlük verib.