Koronavirus pandemiyasının Avropa klublarına təsiri
- 02 Apr 2020 19:46
- 620
Səhmlərini beynəlxalq birjalara qoyan Avropa klubları koronavirus pandemiyasının səbəb olduğu böhranla əlaqədar problem yaşayırlar.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, mart ayında "Yuventus"un səhmləri 21.6 faiz düşüb. Klubun oyunçularının maaşını azaldılmasına razılıq verməsi Turin təmsilçisinə mənfi təsiri qismən azaldıb.
"Mançester Yunayted"in isə ay ərzində səhmləri 11.06 faiz düşüb. Eyni problemi Bundesliqa təmsilçisi Dortmund "Borussiya"sı da yaşayıb. Klubun səhmlərinin qiyməti 37.6 faiz azalıb.