Serbiya Futbol Birliyi koronavirus pandemiyasına görə ölkədəki bütün idman tədbirlərini ləğv edib.

Rekord.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə, bütün futbol yarışlarının qeyri-müəyyən müddətə təxirə salındığı bildirilib.

Bir müddət əvvəl Serbiya Futbol Birliyinin prezidenti Slaviş Kokezdə koronavirus aşkarlanmışdı.