Koronavirusa görə təxirə salınan ölkə birinciliyi bərpa olunur
- 12 Mar 2020 16:07
- 838
Kişi voleybolçular arasında koronavirus səbəbindən dayandırılan Azərbaycan Yüksək Liqa və I Liqa yarışları davam etdiriləcək. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) qərarına əsasən, təxirə salınan matçlar martın 13-dən etibarən oynanılmağa başlanılacaq.
Lakin əvvəlki turlardan fərqli, qarşılaşmalar azarkeşsiz təşkil olunacaq.
AVF-nin digər qərarına əsasən, qadın voleybolçular arasında Super Liqa, həmçinin I Liqanın oyunları martın 27-də bərpa olunacaq.
Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər
13 mart
15:00 "MOİK" - "Neftçi"
Dərnəgül Voleybol Mərkəzi
17:00 "Murov" - "Sərhədçi"
Dərnəgül Voleybol Mərkəzi
17 mart
15:00 "Neftçi" - "Xilasedici"
Dərnəgül Voleybol Mərkəzi
17:00 "Murov" - "Exspress"
Dərnəgül Voleybol Mərkəzi
18 mart
16:00 "Azərreyl" - "Sərhədçi"
Dərnəgül Voleybol Mərkəzi
27 mart
14:00 "Murov" - "Xilasedici"
Dərnəgül Voleybol Mərkəzi
16:00 "Neftçi" - "Sərhədçi"
Dərnəgül Voleybol Mərkəzi
Qeyd edək ki, koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər səbəbindən 4-10 mart tarixlərində keçirilməli olan bütün matçlar təxirə salınmışdı.