İspaniyanın “Espanyol” klubunun koronavirus aşkarlanan 4 futbolçusu xəstəxanadan evə buraxılıb.

Rekord.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Xəbərdə, adları açıqlanmayan futbolçuların evdə məcburi 15 günlük karantində qalacağı bildirilib.

“Espanyol” klubunun ümumilikdə 7 futbolçusunda koronavirus aşkarlanmışdı.