Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medalla başa vurub.


Rekord.az xəbər verir ki, o, həlledici görüşdə gürcüstanlı İlia Sulamanidzeyə məğlub olub.


Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) isə bürünc medal uğrunda döyüşdə Almaniya təmsilçisi Erik Abramova uduzub.


Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.


Beləliklə Azərbaycan cüdoçuları nüfuzlu qitə turnirinin fərdi yarışlarında 1 gümüş, 4 bürünc medal əldə edib.


Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Turnirə aprelin 27-də qarışıq komanda yarışları ilə yekun vurulacaq.