Kristian Avram: "Potensialımız avrokuboklara vəsiqə qazanmağa imkan verir" MÜSAHİBƏ
- 23 Sen 2024 13:00
- 177
"Araz Naxçıvan"ın moldovalı qapıçısı Kristian Avram Rekord,az-a müsahibə verib:
- Çətin Tovuz səfərindən 3 xalla döndünüz. Oyunla bağlı fikirlərin...
- Çətin oyun olacağını bilirdik. Çünki rəqib yaxşı komandadı və çempionatda məğlub olmamışdılar. Lakin biz də bura qələbə dalınca gəlmişdik. Yaxşı oynadıq, kollektiv olaraq, 90 dəqoqə oyundan qopmadıq və layiqli 3 xal qazandığımızı düşünürəm.
- Yeni gələn futbolçularınızın da tam olaraq kollektivə uyğunlaşdığını demək olar?
- Bəli. Bəziləri daha öncə də Azərbaycanda oynayıblar, ölkəni, çempionatı yaxşı tanıyırlar. Buna görə uyğunlaşmada problem olmadı. Kollektiv də mehriban kollektovdi, bu amil də uyğunlaşmaya kömək oldu.
- Qol buraxdığınız epizodda nə baş verdi? Sənə nə mane oldu ki. o cür səhv etdin?
- Komanda yoldaşımla anlaşılmazlıq oldu. Epizodu düzgün dəyərləndirə bilmədik. Rəqib anidən cərimə zərbəsini başladı, epizodu dəyərləndirməkdə gecikdik. Əsas odur ki, həmin qoldan sonra konsentrasiyanı itirmədik və öz oyunumuzu oynayıb ikinci qolu vurduq.
- "Araz Naxçıvan"In bu mövsümkü hədəfi nədir? Potensialınız avrokuboklara vəsiqəyə imkan verir?
- Bizə konkret hədəf qoyulmayıb ki, mütləq avrokuboklara çıxmalısınız. Hədəfimiz hər oyuna qələbə üçün çıxmaqdı. Yaxşı komandamlz. yaxşı baş məşqçimiz var, burda bir ailə kimiyik. Düşünürəm ki, potensialımız avrokuboklara vəsiqə qazanmağa imkan verir. Sadəcə, kökdən düşməmək, bu oyunu və nəticələri davam etdirmək lazımdır.
Anar XANLAROV