Krivotsyuk: “Heç-heçəni ədalətli nəticə hesab edirəm”
- 09 Fev 2020 17:00
- 854
“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan (0:0) sonra klubun rəsmi saytına açıqlama verib.
Rekord.az xəbər verir ki, gənc futbolçu komandasının meydana qələbə qazanmaq üçün çıxdığını bildirsə də, heç-heçəni ədalətli nəticə hesab edir:
"Güclü rəqiblə səfər heç-heçəsini pis nəticə hesab etməmək olar. Bununla belə, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, alınmadı. Qol epizodlarının sayı az olsa da, hər iki komanda qalib gələ bilərdi. Buna görə də heç-heçəni ədalətli nəticə hesab edirəm”.