Krivotsyukun komandası evdə xal itirdi
- 14 İyl 2024 10:00
- 169
Futbol üzrə Cənubi Koreya çempionatında 23-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Qanqvon”la qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 1:1.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Daejeon” hazırda 20 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.