
Krivotsyukun komandası növbəti qələbə ilə zirvədə
- 08 Mar 2025 14:40
- 80
Futbol üzrə Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Daequ” ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.
“Daejeon” hazırda 9 xalla liderdir.