
Krivotsyukun komandası səfərdə inamlı qələbəyə sevindi
- 17:40
- 49
Futbol üzrə Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” səfərdə “Sanqmu” ilə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.
Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
9 turdan sonra aktivində 20 xal olan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.