
Krivotsyukun komandası səfərdə xal itirdi
- 12 Apr 2025 17:00
- 41
Futbol üzrə Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” səfərdə “Seul”la qarşılaşıb.
Bu oyunda qalib müəyyənləşməyib – 2:2. Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
8 turdan sonra aktivində 17 xal olan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.