
Krivotsyukun komandasının qələbə seriyası davam edir
- 16 Mar 2025 10:30
- 65
Futbol üzrə Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Jeju” ilə qarşılaşıb və 3:1 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.
“Daejeon” hazırda 12 xalla liderdir.