Kubok oyunlarına görə cəzalar açıqlandı
- 05 Noy 2024 16:48
- 63
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Karvan” oyunu FHN avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Karvan” oyunu bitdikdən sonra “Karvan” komandasının 4 nömrəli futbolçusu Kənan Quliyev tərəfindən stadionun infrastrukturuna zərər yetirildiyinə görə Kənan Quliyev 1 oyun cəzalanıb, “Karvan” klubu 100 manat cərimə edilir. Stadionun infrastrukturuna vurulmuş zərər “Karvan” klubu tərəfindən ödəniləcək.
“Şəfa” – “Difai” oyununda “Şəfa” komandasında 7 nəfər sarı vərəqə aldığına görə “Şəfa” komandası 70 manat cərimə edilib.
“Şəfa” – “Difai” oyununun 105-ci dəqiqəsində “Şəfa” komandasında 7 nömrəli futbolçusu Elvin Nəsibov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Şəfa” komandası 300 manat cərimə edilib.
“Şəfa” – “Difai” oyunu bitdikdən sonra “Şəfa” komandasında 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Şəfa” komandası 300 manat cərimə edilib.
“Şəfa” – “Difai” oyununda “Difai” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Difai” komandası 70 manat cərimə edilib.
“Şəfa” – “Difai” oyunu bitdikdən sonra “Difai” komandasının 73 nömrəli futbolçusu Bəşir Ayralov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Difai” komandası 200 manat cərimə edilib.