
“Kubokda şəhərimizi layiqincə təmsil edəcəyik”
- 12 Mar 2025 22:56
- 30
“Azərbaycan kubokunda şəhərimizi layiqincə təmsil etməkdə davam edəcəyik”.
Rekord.az xəbər verir ki, bunu "Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı "Sərhədçi"yə qarşı Azərbaycan Kubokunun 1/4 final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Yaxşı mübarizə apardıq. Xüsusi olaraq Elşad Şirzadova təşəkkür etmək istəyirəm. Kapitan meydanda daha çox oynadı. Həmçinin, Cəbrayıl Əkbərov da çox məsuliyyətli şəkildə mübarizə apardı. Bu qələbəmizdə hər ikisinin payı böyükdür. Bütün oyunçularım ilə fəxr edirəm. "B" qrupunda yer alaraq "A" qrupundan bir komandanı məğlub edən tək kollektivik. Artıq yarımfinaldayıq. Bu qələbəni Gəncəyə ərməğan edirik. Azərbaycan Kubokunda şəhərimizi layiqincə təmsil etməkdə davam edəcəyik".
"Sərhədçi" - "Gəncə" qarşılaşması ikincilərin 94:89 hesablı qələbəsi ilə yekunlaşıb.