“Kubokda yolumuza davam etməyə layiqik”
- 29 Yan 2025 16:45
- 87
"Gəncə"nin baş məşqçisi Halil Atlı basketbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Ordu" ilə oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis növbəti mərhələyə adladıqları üçün sevincli olduqlarını bildirib:
“Qəbələni azarkeşlərimizə həsr edirik. Oyunun əvvəlindən sonuna kimi bizi dəstəklədilər. Biz də onlar üçün oynayırıq. Kubokda yolumuza davam etməyə layiqik. Mübarizə davam edir. Ən yaxşı nəticəyə imza atmağa çalışacağıq. Komandaya inanıram. Baskebolçulara təşəkkür edirəm. Rotasiya edib oynadıq. Qarşıda "Ordu" ilə daha bir oyunumuz var. Bu dəfə çempionatda üz-üzə gələcəyik. Həmin görüşə hazırıq, qələbə qazanıb yolumuza davam etmək istəyirik".
Gəncə İdman Sarayında keçirilən "Gəncə" - "Ordu" görüşü meydan sahiblərinin 81:62 hesablı qələbəsi ilə bitib. Qərb təmsilçisi 1/4 finalda "Sərhədçi" ilə qarşılaşacaq.