Kubokun "Ən yaxşı oyunçu"ları
- 11:52
- 26
Voleybol üzrə ölkə kuboku başa çatıb. "Rekord.az" xəbər verir ki, final qarşılaşmaalrından sonra həm qadınlar, həm də kişilər arasında "Ən yaxşı oyunçu"lar (MVP) bəlli olub.
Qadın voleybolçular arasında çempion "Abşeron"un hücumçusu Katerina Jidkova, kişi voleybolçular arasında isə çempion "Xilasedici"nin hücumçusu Reyes Rodrigez ən dəyərli oyunçular seçiliblər.
Qeyd edək ki, "Abşeron" finalda "Gəncə"ni, "Xilasedici" isə "AZERRAIL"i quru hesabla məğlub edərək kuboka və qızıl medallara sahib çıxıblar.
Ən dəyərli oyunçu (MVP)
Qadınlar
Katerina Jidkova ("Abşeron")
Kişilər
Reyes Rodrigez ("Xilasedici")