Azərbaycan Kubokunda final görüşü başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, “Bakcell Arena” stadionunda baş tutan tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev iştirak etdilər. 

Əvvəlcə sponsorlara, görüşün hakimlərinə və nümayəndələrinə xüsusi hədiyyələr verilib. Ardınca gümüş medalın sahibi “Neftçi” futbolçuları mükafatlandırılıb. Daha sonra qalib “Qəbələ”yə qızıl medallar və kubok təqdim edilib.