
Kundenin 104 oyunluq seriyası bitdi
- 16:00
- 46
“Barselona”nın müdafiəçisi Jül Kunde üçün parlaq seriya başa çatıb.
Rekord.az xəbər verir ki, Fransa millisinin də üzvü olan Kunde La Liqanın dünən “Mayorka” ilə keçirilən (1:0) oyunun iştirakçı siyahısına daxil edilsə də, ehtiyat oyunçular skamyasında qalıb və meydana çıxmayıb.
Beləliklə, 26 yaşlı oyunçu 2023-cü ilin noyabrından bəri ilk dəfə rəsmi oyunda iştirak etməyib. O, demək olar ki, bir il yarım müddətində ardıcıl 104 oyunda – “Barselona”nın və Fransa millisinin bütün matçlarında meydana çıxmışdı.
Kunde cari mövsümdə Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın 51 oyununda iştirak edib, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.