Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz DÇ-2022-nin pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis C yolunda Portuqaliya ilə düşməkləri ilə bağlı deyib: "Ən çətin yol C yolu idi, biz də oradayıq. Ancaq bu vəzifəyə təyin olunduğum vaxtdan gördüklərim mənə böyük ümid verir. Bura qədər gəldik, bundan sonra da nələr edə biləcəyimizi birlikdə görəcəyik".

Qeyd edək ki, Türkiyə Portuqaliyanı məğlub edəcəyi təqdirdə, İtaliya - Şimali Makedoniya cütünün qalibi ilə qarşılaşacaq.