
“Kür” “Bakı”ya qalib gəldi
- 17 Fev 2025 19:15
- 146
Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub.
Rekord.az xəbər verir ki, kişilərin final mərhələsində 1-4-cü yerlər uğrunda mübarizə aparan “Kür” “Bakı” ilə qarşılaşıb.
Qarşılaşma birincilərin 23:21 hesablı qələbəsi ilə bitib.
Qadınların yarışında da “Kür” kollektivi qələbəni bayram edib. “İdman Akademiyası”nı qəbul edən Mingəçevir təmsilçisi meydandan 30:23 hesabı ilə qalib ayrılıb.
Hər iki matç “Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilib.