“Kür” ilk məğlubiyyətini aldı
- 19 Fev 2024 18:00
- 275
Həndbol üzrə Azərbaycan çempionatlarında 11-ci tur başa çatıb.
Rekord.az xəbər verir ki, qadınların yarışında lider “Qarabağ” “İdman Akademiyası” önündə çətinlik çəkməyib.
Çempionluq uğrunda mübarizə aparan digər komandalar “Azəryol” ilə “Kür”ün duelindən isə ikincilər çətinliklə də olsa, qalib ayrılıblar.
Kişi həndbolçuların çempionatında “Bakı” “Qarabağ”dan güclü olub. Turun mərkəzi görüşündə lider “Kür”, nəhayət ki, büdrəyib. Mingəçevir təmsilçisi mövsümdə ilk məğlubiyyətini doğma arenasında “Azəryol”dan alıb.
Azərbaycan çempionatı
11-ci tur
Qadınlar
“Qarabağ” – “İdman Akademiyası” 44:14
“Azəryol” – “Kür” 30:33
Xal: “Qarabağ” – 20, “Kür” - 17, “Azəryol” – 15, “İdman Akademiyası” – 8, “Bakı” – 4, “Gənclər Birliyi” – 0.
Kişilər
“Bakı” – “Qarabağ” 31:27
“Kür” – “Azəryol” 28:34
Xal: “Kür” – 17, “Azəryol”, “Bakı” – 14, “Qarabağ” – 11, “Dinamo”, “İdman Akademiyası” – 3, “Təhsil” – 2.