Qadın həndbolçular arasında Azərbaycan çempionatının 10-cu turunda "Kür" komandası "Qarabağ"ı məğlub edib.


Rekord.az xəbər verir ki, “Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən final mərhələsinin ilk turunun mərkəzi qarşılaşmasında meydan sahibləri 26:24 hesablı qələbə qazanıblar.


Görüşü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Vaqif Əliyev idarə ediblər.