Qadın həndbolçular arasında Azərbaycan çempionatında 7-ci turun daha bir oyunu keçirilib.

Rekord.az xəbər verir ki, “Kür” “İdman Akademiyası”nı qəbul edib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüşdə meydan sahibləri 49:16 hesablı qələbə qazanıblar. Bu qalibiyyət sayəsində xallarının sayını 9-a yüksəldən “Kür” ikinci pillədəki “Azəryol”a çatıb. Dördüncü sıradakı “İdman Akademiyası” isə 6 xalda qalıb.

Turun “Azəryol” – “Qarabağ” oyunu yanvarın 21-də keçiriləcək.