Kurtinaytis məğlubiyyətin əsas səbəbini açıqladı
- 07 Noy 2024 01:51
- 125
"Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rotasiya ilə bağlı problemlərimiz davam edir".
Rekord.az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis Avropa kubokunun qrup mərhələsində “Marussi” ilə oyunu şərh edib: “Üstəlik oyunun gedişində Kamronun da zədələnməsi yekun nəticəyə təsir etdi. Digər oyunçumuz Artyomsun isə zədəsi tam sağalmayıb. Bu səbəbdən az oynadı. Rotasiya imkanlarımızın məhdud olması səbəbindən 5 oyunçumuz 35 dəqiqə oyunda oldu. Bu əsas problemdir. Səhvlərimiz də oldu. FIBA-nın mövcud reqlamentində yerli oyunçu potensialı çox əhəmiyyətlidir. Biz aqressiv, sürətli oyun üslubuna üstünlük veririk. Bu səbəbdən ehtiyat oyunçular skamyası çox vacibdir”.
Azərbaycan çempionu 5-ci turda Yunanıstanda 71:82 hesabı ilə uduzub.